XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

31 May 2018 - 05:48

Lavrov Şimali Koreyaya getdi –Pxenyana üçüncü səfər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu dəqiqələrdə XİN rəhbərinin olduğu təyyarə Pxenyan aeroportuna enib.

Bu, Sergey Lavrovun Pxenyana sayca üçüncü səfəridir. Bundan əvvəl S.Lavrov 2004 və 2009-cu illərdə KXDR-ə səfər edib.

Rusiya XİN-in məlumatına əsasən, səfər çərçivəsində S.Lavrov KXDR-li həmkarı Li Yon Ho ilə görüşəcək. Tərəflər ikitərəfli münasibətlər, Koreya yarımadası ətrafındakı vəziyyəti və digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.