XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 18:55

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat –Elxan Mikayılov müşavir vəzifəsinə gətirildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən “APA-Economics”ə bildirilib ki, Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub. Bununla bağlı sədr Qoşqar Təhməzli əmr imzalayıb.

E.Mikayılov bundan öncə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.