XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 19:15

Ərdoğan Gürcüstan prezidentini açılışa dəvət etdi –Mərasim 12 iyunda olacaq

TANAP layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək”. 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib.

G. Marqvelaşvili deyib ki, TANAP Aİ-nin Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə əlavə qaz tədarükçüsü olacaq.  O, Gürcüstanın bu layihədə iştirakınının vacibliyini də vurğulayıb. 

Telefon danışığı zamanı R. T. Ərdoğan Gürcüstan prezidentini iyunun 12-də keçiriləcək TANAP layihəsinin açılış mərasimində iştiraka dəvət edib.

Dövlət başçıları söhbət zamanı Gürcüstan və Türkiyə arasında münasibətlərin inkişafı perspektivlərini də nəzərdən keçiriblər.