XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 19:31

Tbilisidə etirazlar səngimir- Mitinqçilər Nazirlər Kabinetinin istefaya getməsini tələb edirlər

Tbilisinin mərkəzində ötən ilin qışında yeniyetmələrin qətlə yetirilməsi işi ilə əlaqədar etiraz aksiyası keçirilir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, mitinq artıq üç gündür ki, davam edir.

Aksiyanın təşkilatçısı olan Zaza Saralidze iddia edir ki, oğlunun qatili tapılıb cəzalandırılmayana qədər aksiyanı davam etdirəcək və parlament binası qarşısında çadırda gecələyəcək.

Təşkilatçı “hökumətin başda durduğu ədalətsizlik sistemini dağıtmağı” tələb edir. Mitinqçilər Nazirlər Kabinetinin istefaya getməsini tələb edirlər.

Parlament binasının yerləşdiyi Rustaveli prospektində bu dəfə nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Yağış yağması səbəbindən aksiyada hələ ki, bir neçə yük insan iştirak edir. Bunadək keçirilən aksiyalarda bir neçə min insan toplaşmışdı.