XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 June 2018 - 23:14

İran hərbçiləri Suriyanı tərk edir –Moskva görüşündə əldə olunan razılaşmanın detalları məlum oldu

İran hərbçilərinin iyunun 2-də Suriyanın cənub və cənub-qərb rayonlarından çıxmağa başlaması barədə məlumatlar gəlir.

Strateq.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Rusiya xidməti “Al-Arabiya” televiziya kanalına istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, bu barədə İsrail mətbuatında da məlumat peyd olub. Liviyadakı iranpərəst “Hizbullah” qrupunun yaraqlıları da regionu tərk edirlər. Qeyd edək ki, İranla “Hizbullah” qrpu Suriya müharibəsində prezident Bəşər Əsəd rejiminin tərəfini saxlayırlar.

İsrail dəfələrlə İran və “Hizbullah”ın Suriyadakı bazalarına havadan zərbələr endirib. Rusiyanın “İnterfaks” agentliyi və İsrail mətbuatındakı mənbələrin məlumatına görə, Rusiya və İsrail müdafiə nazirlərinin bu həftə Moskva görüşündə İran hərbçilərinin regiondan çıxarılması barədə razılıq əldə olunub.

Rusiya da İran kimi Suriya münaqişəsində Bəşər Əsəd rejiminin tərəfini saxlayır. Rusiyanın BMT-ki səfiri Vasili Nebenziya Suriyanın cənubundakı bir sıra qüvvələrin ayrılması barədə “hansısa razılaşma” olduğunu təsdiqləsə də ətraflı məlumat verməyib. Mənbənin yazdığına görə, İsrailin Rusiyadakı səfiri də Moskva danışıqlarının uğurlu olmasını təsdiqləyib.

Suriyanın xarici işlər naziri Valid Muallem iyunun 2-də deyib ki, Suriyada İranın “hərbi müşavirləri” var, amma bazası yoxdur.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 400 mindən çox adam ölüb. ABŞ və onun NATO-dakı müttəfiqləri bu münaqişədə Bəşər Əsədə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar.