XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2018 - 04:41

NATO-nun baş katibi:"İranla münaqişədə İsrailə dəstək verməyəcəyik"

İranla hərbi münaqişədə NATO İsrailə dəstək verməyəcək.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.

NATO İsrailə təhlükəsizlik zəmanəti verə bilmir, çünki bu ölkə təşkilatın üzvü deyil. Baxmayaraq ki, İsrail Alyansın tərəfdaşıdır”, – deyə baş katib bildirib.

Yens Stoltenberq həmçinin NATO-nun Yaxın Şərq münaqişəsinin nizamlanması prosesində iştirak etmədiyini qeyd edib: “Bu, bizim işimiz deyil”.

Baş katib, NATO-ya üzv olan ölkələr arasında İranla bağlanmış nüvə sazişinə dair fikir ayrılıqlarının olduğunu etiraf edib: “Təşkilatın bütün üzvləri regionda gərginliyə səbəb olan İranın raket proqramından və Tehranın terrorçu qruplaşmalara dəstək verməsindən narahatdır”.