XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

06 İyun 2018 - 03:31

Çexiyada etiraz aksiyaları başladı –Gizli polisə işləmiş baş nazir əvəzinin istefası tələb edilir

İyunun 5-də minlərlə insan Praqada Çexiyanın baş nazir əvəzi Andrey Babisin istefasını tələb edən nümayiş keçirib.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, o, hazırda korrupsiya iddiaları ilə bağlı təhqiqat altındadlr və kommunistlərin dəstəklədiyi hökumət qurmaq niyyətindədir.

İyunun 6-da prezident Miloş Zeman Babisi yenidən baş nazir təyin etməyə hazırlaşır.

Babisin mərkəzçi ANO (“Bəli”) partiyası oktyabrda keçirilmiş seçkidə qalib gəlsə də, onun azlıq hökuməti yanvar ayında keçirilən etimad səsverməsindən keçə bilməyib.

Həm də kommunistlərin zamanında gizli polislə əməkdaşlıq etməkdə ittiham olunan Babis sosial-demokratlarla birgə hökumət qurmağı planlaşdırır. Bu planı Çexiya kommunistləri də dəstəkləyirlər.

ANO partiyasının 200 yerlik parlamentdə 78 mandatı var. Babis 15 mandatı olan sosial-demokratlarla birgə hökumət yaratdıqdan və daha 15 mandatı olan kommunistlərdən dəstək aldıqdan sonra səs çoxluğuna malik olacağına ümid edir.

Beləliklə, 1989-cu ildə kommunistlərin hakimiyyətinə son qoymuş məxməri inqilabdan bəri ilk dəfə olaraq kommunistlər hökumətə təsir imkanına malik olacaqlar.

Hadisələrin bu sayaq inkişafına etiraz edən 10 minədək nümayişçi paytaxt Praqanın mərkəzinə toplaşmışdı. Bundan başqa Çexiyanın 200-dək şəhər və qəsəbəsində buna bənzər etirazlar keçirilib.