Fransanın Strasburq şəhərində baş verən partlayış nəticəsində azı 11 nəfər xəsarət alıb.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident iyunun 6-da səhər saatlarında şəhərin şərq hissəsində yerləşən taxıl anbarında qeydə alınıb. Elevatorda baş verən partlayışın səbəbləri hələlik məlum deyil. Partlayışdan sonra meydana gələn yanğının söndürülməsinə 70-ə yaxın yanğınsöndürən cəlb olunub.
Prokurorluqdan verilən məlumata əsasən, yaralanan şəxslərdən üçünün vəziyyəti ağırdır.