XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 14:54

Partiyadan sərt qərar; Hacıbala Abutalıbov məhkəməyə veriləcək

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək.

Strateq.az xəbər verir ki, bu barədə Modern.az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirib. Onun sözlərinə görə, bu qərar Müsavat Partiyası Divanının aprelin 20-də keçirilən iclasında verilib:

“İclasda BŞİH-in partiyanın yürüşlə bağlı müraciətinə cavab verilməsindən imtina edilməsi qanun pozuntusu kimi qiymətləndirildi. Bu səbəbdən BŞİH-in məhkəməyə verilməsi ilə bağlı qərar qəbul edilib. Artıq sənədləşmənin hazırlanması ilə bağlı partiyanın hüquqşünaslarına tapşırıq verilib. Yaxın günlərdə hüquqşünaslar lazımı sənədləri hazırlayan kimi məhkəməyə müraciət ediləcək”.

Xatırladaq ki, Müsavat Partiyası aprelin 19-da Bakı şəhəri Yasamal rayonunun ərazisindəki metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı meydandan başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin (keçmiş “Məhsul” stadionu) stadionuna qədər hərəkət etməklə yürüş keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Amma Bakı Şəhər İcra Hakimiyyəti 19 aprel tarixinə təyin edilmiş yürüşə razılıq verilməyib. Səbəb kimi həmin ərazidə təmir-tikinti işlərinin gedişi və nəqliyyatın hərəkətinin intensivliyi göstərilib.