XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

07 İyun 2018 - 14:23

Lavrovdan Paşinyanın açıqlamasına reaksiya:"Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir"

“Erməni həmkarımla görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə etdik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov bildirib ki, Rusiya həm Bakı, həm İrəvanla ikitərəfli, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində digər həmsədr ölkələrlə birlikdə Qarabağ münaqişəsi ilə bağlı tərəflərə qarşılıqlı məqbul sayılan həll yolunu tapmağa kömək etməyə davam edəcək.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe münaqişənin Minsk qrupu vasitəsi ilə danışıqlar yolu ilə həllindən ibarətdir. Bu, ən optimal variantdır. O ki qaldı Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, Dağlıq Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danışıqlar iki tərəf arasında aparılıb… Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq”, – deyə Lavrov qeyd edib.