XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

07 İyun 2018 - 18:55

Göyçay çayı üzərindəki körpünün bərpasına vəsait ayrılıb- Sərəncam

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.