XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 16:09

AMEA Rəyasət Heyətinin yeni tərkibi seçildi –Nərgiz Paşayeva vitse-prezident oldu (SİYAHI)

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi seçilib.

Seçki nəticəsində akademiklər – Akif Əlizadə sədr, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova vitse – prezidentləri seçiliblər.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibi genişləndirilib.  Akademiyanın illik ümumi yığıncağında akademiklər Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın yeni vitse- prezidenti seçiliblər.

Rasim Əliquliyev AMEA-nın akademik – katibi, Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin akademik-katibi, Ismayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin və Fuad Əliyev AMEA Gəncə Bölməsinin sədri olublar.

AMEA-nın Rəyasət Heyətinə akademiyanın müxbir üzvü Bilal Bilalov da seçilib.