XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 İyun 2018 - 05:30

Öldürüldüyü deyilən şahzadə üzə çıxır –Putinlə görüşü gözlənilir

Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Muhəmməd bin Salman gələn həftə futbol üzrə Dünya Kubokunun açılışında iştirak etmək üçün Rusiyaya səfər edəcək.

STRATEQ.AZ Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu məlumatı Rusiyanın xəbər agentlikləri yayıblar.

“Interfax” agentliyi iyunun 8-də Kremlin sözçüsü Dmitry Peskova istinadən bildirib ki, şahzadənin prezident Putinlə görüşü ehtimal olunur.

Səudiyyə Ərəbistanı və Rusiya yığmaları Dünya Kuboku çempionatında iyunun 14-də qarşılaşacaqlar.

Moskva və Riyad neft qiymətlərinin qaldırılması üçün hasilatın ixtisarı barədə imzalanmış razılaşmanın əsas imza sahibləridirlər.

Strateq.az xatırladır ki, nüfuzlu İran nəşrləri bu ölkənin xüsusi xidmət orqanlarına istinadən, bir müddət əvvəl Səudiyyənin vəliəhd-şahzadəsi Muhəmməd Bin Salmanın saraydaxili çəkişmələr zəminində öldürüldüyü və ya ağır yaralandığı haqda xəbər yaymışdılar. Şahzadənin uzun müddət görünməməsi yayılan bu xəbərin inandırıcılıq dərəcəsini xeyli artırmışdı. Bu səbəbdən Bin Salmanın Rusiyaya səfər edəcəyi xəbəri hazırda bütün dünyada ciddi maraq yaradıb.