XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2018 - 12:44

Köçəryan Paşinyana xəbərdarlıq etdi:"Qarabağın danışıqlarda iştirakını Ter-Petrosyan dayandırıb"

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb.

Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər.

«Onlar düz ediblər, ya yox, bu, başqa məsələdir, lakin bunun üçün onların öz səbəbləri olub”-Paşinyan Köçəryanın və Sərkisyanın Dağlıq Qarabağın adından danışıqlar aparmasını belə dəyərləndirib.

Nikol Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara səbəb olub.

Politoloq Manvel Sərkisyan deyir ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən yayınmaq cəhdidir.

“Burada heç bir müsbət yanaşma yoxdur. Bu, mövcud situasiya ətrafında diskussiya deyil, məsuliyyətdən yayınmaq istəyən adamların hesablaşması, çəkişməsidir”-politoloq “Sputnik Armenia” agentliyinə deyib.

Robert Köçəryanın ofisi də dərhal Paşinyana cavab verib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın prezidentliyindən əvvəl-1996-cı ildə, yəni Levon Ter-Petrosyanın dövründə dayandırıb.

Virtualaz.org