Gələn həftə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Bu barədə RİA Novosti agentliyinə Rusiya dövlət başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.
Onun sözlərinə görə, səfər Rusiyada başlayacaq futbol üzrə dünya çempionatı çərçivəsində baş tutacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək/APA.