XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 22:04

ABŞ-Rusiya zirvə toplantısı keçirilə bilər- Vyanada

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan zirvə toplantısı Vyanada təşkil oluna bilər. Bu xəbəri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Kremlin nümayəndəsi bildirib ki, iki dövlət başçısı arasında mümkün zirvə toplantısına ev sahibliyi edəcək şəhərlər arasında Vyana da nəzərdən keçirilir.

ABŞ-ın „Wall Street Journal“ nəşri cümə buraxılışında xəbər yayıb ki, Rusiya Prezidentinin Vyanaya səfəri zamanı Avstriya kansleri Sebastian Kurtsla görüşündə zirvə görüşünün Vyanada keçirilməsinin təşkil olunmasına dair fikir mübadiləsi aparılıb. Neytral məkan kimi mürəkkəb diplomatik görüş, danışıqlar və konfranslara ev sahibliyi edən və çoxlu sayda beynəlxalq təşkilatın yerləşdiyi Vyana şəhərində bu kimi tədbirlərin keçirilməsi daim Avstriya hökumətinin marağındadır. Jurnal ABŞ Milli Təhlükəsizlik Şurasına istinadla bildirib ki, avstriyalılar belə bir görüşün təşkilində vasitəçilik etməyə hazırdırlar.

Avstriya mətbuatı isə görüşün keçirilməsi üçün mümkün tarix kimi iyul ayının ortalarını göstərib. Brüsseldə NATO-nun zirvə toplantısında iştirak etməli olan D. Tramp oradan da Vyanaya səfərə gələ bilər(azərtac).