XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 23:11

Tbilisidə etiraz aksiyasında gərginlik –Üç nəfər saxlanıldı

Polislər Tbilisinin mərkəzi Rustaveli prospektində Gürcüstan parlamenti binasının yanında, öldürülən 16 yaşlı David Saralidzenin atası Zaza Saralidzeyə dəstək üçün etiraz aksiyası zamanı 3 nəfəri həbs edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, paralel olaraq, ölkənin Daxili İşlər Nazirliyi aksiya zamanı polis forması geyən, amma polis əməkdaşı olmayan şəxslərərin cəzalandırılacağı haqda bəyanat yayıb.

Xəbər verdiyimiz kimi, “Məni öldürmə !” adlı Saralidzeyə dəstək aksiyasında siyasi partiyalar, o cümlədən keçmiş hakim “Vahid milli hərəkat” partiyası da iştirak edir. Lakin siyasətçilər heç bir bəyanatla çıxış etməyə hazırlaşmırlar. Onlar bildiriblər ki, aksiyada sadəcə müşahidəçi qismində iştirak edəcəklər.