XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2018 - 00:45

Kanadanın xarici işlər naziri:"ABŞ-a qarşı birlikdə cavab tədbirləri görəcəyik"

“Kanadanın Avropa, Yaponiya və Meksika tərəfdaşları ilə ABŞ-ın alüminium, polad rüsumlarını artırması məsələsinə vahid mövqeyi mövcuddur. Birlikdə cavab tədbirlərin görülməsi üçün hazırlıqlar aparılır. Biz Dünya Ticarət Təşkilatına şikayət məktubu göndərməyə hazılaşırıq”.

Bunu Kanada Xarici işlər naziri Xrista Friland jurnalistlərə bildirib.

Xatırladak ki, G7 sammiti Kanadanın Kvebek əyalətində 8-9 iyun tarixlərində keçirilmişdir. G7 sammitindən bir neçə gün əvvəl, Tramp, Avropadan və Kanadadan idxal olunan polad və alüminiumun rüsumlarını artırıb və buna görə tənqidə məruz qalıb/Teleqraf.com.