XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 İyun 2018 - 12:57

Prezident İlham Əliyev Moskvaya gedir –Dünya çempionatının açılışına qatılacaq

 

Azərbaycan prezidenti İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

Bu barədə RİA “Novosti” Prezident Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək.

Açılış mərasimi Rusiya və Səudiyyə Ərəbistanı yığmalarının qarşılamasından öncə baş tutacaq. Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir/APA.