XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2018 - 18:18

Sinqapurda Donald Trampa ad günü sürprizi- FOTO

Mayın 14-də Donald Trampın ad günüdür. ABŞ prezidentinin 72 yaşı tamam olacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnlə danışıqlar aparmaq üçün Sinqapurda səfərdə olan Trampın ad gününü vaxtından əvvəl qeyd ediblər.

Sinqapur xarici işlər naziri Vivian Balakrişnan ABŞ liderinə tort hədiyyə edib. Tort Trampın Sinqapur baş naziri Li Syanlunla naharı zamanı təqdim olunub. Naharda ABŞ dövlət katibi Mayk Pompeo, Ağ Evin aparat rəhbəri Con Kelli də iştirak edib.

XİN rəhbəri nahardan çəkilən fotonu “Ad gününü bir qədər əvvəldən qeyd edirik” başlığı ilə “Facebook” hesabından paylaşıb.

Strateq.az