ABŞ prezidenti Donald Trampın “Twitter”də paylaşdığı fikirlər muzey eksponatına çevrilir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniyada Trampın tvitlərindən ibarət kitabxana açılıb.
Ağ Ev ABŞ prezidentinin tvitlərinin rəsmi məlumat hesab olunduğunu bəyan edəndən sonra bir qrup fəal həmin açıqlamaları toplayaraq kitabxanada cəmləşdirib.
Qeyd edək ki, prezident seçiləndən sonra Tramp “Twitter”dən aktiv şəkildə istifadə edir. Dediyinə görə, o, tvitlərini bəzən səhər yeməyi zamanı, bəzən də yataqdaykən yazır.
Strateq.az