“Şimali Koreya ilə danışıqların tempi gözlənildiyindən daha sürətlidir”.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin bugünkü bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın Sinqapur səfəri iyunun 12-də axşam saatlarında başa çatacaq.
ABŞ dövlət katibi Mayk Pompeo isə bildirib ki, Pxenyan yarımadanın bərpasız nüvəsizləşdirilməsinə razılıq versə, Birləşmiş Ştatlar Şimali Koreyaya təhlükəsizliklə bağlı presidentsiz təminatlar verəcək: “Bundan əvvəl Şimali Koreya nüvəsizləşdirilməyə hazır olduğunu bəyan etmişdi. Biz bu sözlərin nə dərəcədə səmimi olduğunu görmək istəyirik. Əgər bu baş versə, Vaşinqton Şimali Koreyaya müxtəlif və unikal təminatlar vəd edəcək. Əmin etmişik ki, nüvəsizləşdirmə onlar üçün qətiyyən pis nəticələnməyəcək”.
Strateq.az