XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

11 İyun 2018 - 23:40

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov:"Bundan artıq güzəşt Azərbaycanın ərazi bütövlüyünə qarşı olacaq"

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi və ətraf ərazinin geri qaytarılmasına erməni mənbələrinin şübhələrini gərəksiz sayır.

Strateq.az-ın “Azadlıq. org”-a istinadən verdiyi xəbərə görə, keçmiş nazir bildirib ki, Günnüt dağlıq ərazidə yerləşir və orda müdafiə nöqtələri Azərbaycan silahlı qüvvələri tərəfinfən gücləndirilib.

“Təbii ki, Azərbaycan tərəfi həmin nöqtələri indi öz əlinə alıb. Bu da böyük ərazini əhatə edir”– deyə keçmiş nazir vurğulayıb.

Zülfüqarovun qənaətincə, Bakı bu şəkildə Ermənistana bir neçə mesaj çatdırır:

“Birinci mesaj budur ki, Azərbaycan öz sərhədlərini tam nəzarətə götürmək niyyətindədir. Bu niyyət də bəyanat şəklində yox, konkret addımla göstərilir. Hesab edirəm, Ermənistan bu mesajı lazımi şəkildə qəbul edəcək.

İkincisi, bu gün – iyunun 11-də Azərbaycan prezidenti yeni silahları nümayiş etdirdi. Bu, ciddi silahdır. Bu, Rusiya istehsalı olan və Ermənistanda yerləşdiriıən “İsgəndər” raket kompleksinin analoqudur, amma ondan daha güclüdür. Azərbaycan da gələcək danışıqlarda siyasi iradəsini ortaya qoyacaq. Bu iradə ya torpaqların azad edilməsidir, ya da müharibənin qaçılmazlığıdır”.

Tofiq Zülfüqarov Bakının yetərincə güzəştə getdiyini bildirir: “Azərbaycanın bundan artıq güzəştini təsəvvür edə bilmirəm. Bundan artıq güzəşt Azərbaycanın ərazi bütövlüyünə qarşı olacaq. Güzəşt mümkün deyil. Vəziyyətin məntiqi ortadadır. Danışıqlar nəticə vermir. Ermənistan vaxtı uzatmaq istəyir. Azərbaycan isə buna əhəmiyyət vermir. Danışıqlar olmasa, iki siyasət var: ya gücün tətbiqi təhlükəsi və ya gücün tətbiqi faktı. İndi Azərbaycan göstərir ki, güc tətbiq edə bilər. Bu, danışıqlarda çatdırılmalıdır”.

Tofiq Zülfüqarov hesab edir ki, indiki halda danışıqlara ehtiyac yoxdur. Onun sözlərinə örə, “müxtəlif sxemlər hazırlanıb, indi sadəcə, onlardan birinə razılıq verilməlidir”.