XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

12 İyun 2018 - 00:17

ABŞ və Şimali Koreya liderlərinin görüşü 45 dəqiqə çəkəcək –Trampla Kim Çen In birgə nahar edəcək

Çərşənbə axşamı Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq və 45 dəqiqə davam edəcək.

Bu barədə Amerika liderinin Ağ ev tərəfindən dərc olunan gündəlik cədvəlində qeyd olunub.

Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər.

Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.

Tramp jurnalistlərlə görüşdən sonra hava limanına yollanacaq/Report.