XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2018 - 09:28

TRAMPDAN TARİXİ GÖRÜŞDƏN SONRA İLK AÇIQLAMA:"Görüş gözləniləndən daha yaxşı keçdi"

“Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi”.

ABC telekanalı xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp və Kim Çen İn işgüzar yeməkdən sonra gəzinti zamanı növbəti dəfə jurnalistlər qarşısına çıxıblar.

Trampın sözlərinə görə, görüş həqiqətən yaxşı keçib. O, böyük irəliləyiş olduğunu vurğulayıb.

ABŞ prezidenti həmçinin sammitin yekununda liderlərin sənəd imzalayacaqlarını söyləyib/Report.