XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2018 - 13:30

TRAMP KİM ÇENLƏ GÖRÜŞDƏN DAHA BİR DETALI AÇDI:"Tezliklə sınaqdan keçirilən raketlər məhv ediləcək”

Şimali Koreya artıq raket mühərriklərinin sınaqdan keçirildiyi poliqonu məhv edib, daha sonra isə raketləri də məhv edəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib ki, Şimali Koreya rəhbəri Kim Çen In ölkədə iri raket poliqonunun məhv edildiyini onun özünə bildirib: “Bu, çox böyük işdir. Tezliklə orada sınaqdan keçirilən raketlər məhv ediləcək”.

ABŞ Prezidenti əlavə edib ki, bu məlumat birgə bəyanatda yer almayıb, çünki razılaşma sənəd imzalandıqdan sonra əldə edilib/Trend.