XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 İyun 2018 - 14:08

KTN-də daha bir dəyişiklik –Yeni şöbə yaradıldı, təyinat oldu

Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha da yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarşılamaq üçün yeni Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb.

Nazir İnam Kərimovun əmri ilə İsmayılov Araz Aqşin oğlu yeni yaradılmış şöbəyə rəhbər təyin edilib.

Qeyd edək ki, A.İsmayılov bundan əvvəl 3 saylı Bakı “ASAN xidmət” mərkəzində məsləhətçi (2014-2016), daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsdə Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışıb/Gununsesi.info.