XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

12 İyun 2018 - 18:59

Prezident İlham Əliyev Poroşenko ilə görüşdü –Türkiyədə müzakirə+ FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində görüşü olub.

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, nəqliyyat sahəsində əməkdaşlığın yaxşı nəticələr verdiyi bildirilib.

Söhbət zamanı TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, bu layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb.

Görüşdə ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixracın isə 8 dəfə artdığı bildirilib. Həmçinin Ukraynadan gələn və Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 2 dəfə artdığı qeyd edilib.

Görüşdə energetika sahəsində əməkdaşlığın dərinləşdiyi vurğulanıb, SOCAR-la əlaqələrin genişləndiyi və Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayının artdığı qeyd edilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.