XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

12 İyun 2018 - 19:44

“TANAP yüzilliyin ən mühüm layihəsi və Avropanın enerji təhlükəsizliyini təminatıdır” –Albayrak

“Transanadolu boru kəməri (TANAP) yüzilliyin ən mühüm layihəsidir”.

Bunu Türkiyənin energetika naziri Berat Albayrak bu gün Türkiyənin Əskişəhər vilayətində keçirilən TANAP layihəsinin açılış mərasimində deyib.

Nazir qeyd edib ki, TANAP, həmçinin regionda sülh və sabitlik layihəsidir: “TANAP Azərbaycan və Türkiyə əməkdaşlığının əyani təzahürüdür”.

Türkiyəli nazirin sözlərinə görə, Transanadolu boru kəməri Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin təntənəli açılışı baş tutub/Trend.