XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 İyun 2018 - 12:31

Bağçada uşaqları döyən tərbiyəçi tutuldu- DİN faktla bağlı "əzab vermə" maddəsi ilə cinayət işi açıb

Bakının Yasamal rayonunda yerləşən “Kids Studio” adlı özəl uşaq bağçasında tərbiyəçinin azyaşlılarla qəddar rəftarı ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə virtualaz.org-a bildirib ki, tərbiyəçi Firuzə Tağıyeva saxlanılıb: “Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb. Tərbiyəçi Firuzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Faktla bağlı Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan daxili videomüşahidə kameralarının çəkdiyi görüntülərə əsasən tərbiyəçi azyaşlıları döyür, döyməklə də ürəyi soyumayıb divara çırpır, digər kobud rəftara yol verir.

Uşaq bağçası artıq fəaliyyətini dayandırıb. Əlavə edək ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bağça lisenziyasız fəaliyyət göstərirmiş.