XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 İyun 2018 - 13:15

FİFA dünya çempionatından nə qədər gəlir götürəcək?- Açıqlandı

FİFA Rusiyada keçiriləcək dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək.

“Report”un “The New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, bu məbləğ 2014-cü ildə Braziliyada təşkil olunmuş mundialın qazancından 1,3 milyard dollar çoxdur.

Yayım hüquqlarından əldə olunan vəsait isə 2 faiz artıb. Həmçinin FİFA sponsorluq müqavilələrindən gözləniləndən 200 milyon dollar çox gəlir əldə edəcək.

Bu, Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi sayəsində mümkün olub. Dünya çempionatına sponsorluq edən 20 şirkətdən 7-si Çini təmsil edir. 2014-cü ildəki mundialda isə Çindən yalnız bir şirkət var idi.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.