XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 16:33

 “Azərbaycanla əlaqəyə zərbə vurmaq…” –Saakaşvilinin partiyasından bəyanat

1452512724“Hökumət “Qazprom” şirkəti ilə aparılan danışıqların detallarını dərhal açıqlamalıdır”.

Bu barədə bəyanatı müxalif Gürcüstan Milli Hərəkat Partiyası yayıb.

Partiya hökumətin bunu etməyəcəyi təqdirdə hökumətə qarşı genişmiqyaslı aksiyalara başlayacağını bildirib:

“Gürcüstan hökuməti gürcü xalqından gizli Rusiya ilə danışıqlar aparır. Bu danışıqlar “Qazprom”un Gürcüstan energetika bazarına girişini nəzərdə tutur. Hökumətin bunu diversifikasiya üçün həyata keçirdiyi tam yalandır. Qazın Gürcüstana verilməsi “Qazprom”un boru kəməri vasitəsi ilə “Qazprom”un nəzarəti altında həyata keçiriləcək. Bu, birbaşa Rusiyanın siyasi maraqları ilə bağlıdır. Bununla da Gürcüstan hakimiyyəti ölkənin suverenliyi və enerji azadlığına təhlükə yaradır. Bu kontrakt bizi uzun illər stabil şəkildə enerji ilə təmin edən Azərbaycanla da enerji əməkdaşlığımıza zərbə vuracaq. “Qazprom”dan aslılıq soyuq, donmuş Gürcüstan deməkdir. Rusiya bir dəfə bunu 2006-cı ildə Gürcüstana qarşı həyata keçirib”(Axar.az).

Qeyd edək ki, Milli Hərəkat Partiyası eks-prezident Mixail Saakaşvilinin partiyasıdır.

Bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən, Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş və onun nəticələri barədə indiyə qədər heç bir məlumat yaymır.