Türkiyə Silahlı Qüvvələri İraqın şimalını terror yuvasına çevirən PKK-ya qarşı genişmiyaslı hərbi əməliyyatı davam etdirir.
Starteq.az xəbər verir ki, bu gün keçirilən əməliyyat zamanı 26 PKK terrorçusu məhv edilib.
Məlumatı ordunun Baş Qərargahı təsdiq edib. Bildirilib ki, öldürülənlərdən biri bölgənin liderlərindən biri olan “Fərhad Dərsim” kod adlı Etran Eroldur.