XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2018 - 16:02

Baş nazir deputatın qətlə yetirilən qardaşının yasına getdi:"Hadisə haqda yerində məlumat aldı"

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda Ərdoğanın lideri olduğu AKP üzvlərinə bir qrup HDP üzvü silahlı hücum edib.

Nəticədə AKP-li deputat İbrahim Xəlil Yıldızın qardaşı Memet Ali Yıldız da daxil olmaqla, 4 nəfər öldürülüb, 9 nəfər yaralanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu gün İbrahim Xəlil Yıldızın qardaşı Suruçda dəfn olunub.

Dəfn mərasimində Türkiyənin Daxili işlər naziri Süleyman Soylu başda olmaqla olmaqla, bir çox nazirlər də iştirak edib.

Dəfndən az sonra isə Baş nazir Binəli Yıldırım da başsağlığı üçün Suruça gəlib. O, İbrahim Xəlil Yıldız və onun yaxınları ilə görüşərək, hadisə ilə bağlı şəxsən məlumatlar toplayıb.