XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

16 İyun 2018 - 00:00

İran son anda qələbə qazandı, Misir uduzdu –Ronaldu isə ispanların qələbəyə gedən yolunu kəsdi

Bu gün DÇ-2018-də B qrupunda İran millisi  Mərakeş yığması ilə qarşılaşıb.

Strateq.az  xəbər verir ki, Sankt-Peterburqun eyniadlı stadionunda keçirilən görüş 1:0 hesabı ilə iranlıların xeyrinə başa çatıb.

Oyundakı yeganə qol 90+5-ci dəqiqədə Əziz Buhadduzun avtoqolu olub.

Onu da qeyd edək ki, A qrupunda Misir Uruqvaya 90-cı dəqiqədə vurulan qolla uduzub – 0:1

Bu gün son oyunda isə Portuqaliya millisi İspaniya yığması ilə qarşılaşıb.

Az əvvəl başa çatan oyunda Ronaldu 4-cü dəqiqədə hesabı açıb. Koşta isə 24-cü dəqiqədə bərabərliyi təmin edib.

43-cü dəqiqədə Ronaldu ispanları növbəti dəfə cəzalandırıb – 2:1

55-ci dəqiqədə Koşta növbəti dəfə hesaba tarazlıq gətirib – 2:2

58-ci dəqiqədə isə ispanlar daha bir qol vurublar – 3:2

88-ci dəqiqədə Ronaldu ispanları şok yaşadıb. O, möhtəşəm sərbəst zərbə ilə hesabı bərabərləşdirib – 3:3

Oyun bu hesabla bitib.