XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2018 - 11:50

“Taliban”nın lideri Əfqanıstanda öldürüldü –Prezident xəbəri təsdiqlədi

Əfqanıstan prezidenti Əşrəf Qani Pakistanda “Taliban”ın lideri Molla Fəzlullahın öldürüldüyünü təsdiq edib və bu hadisəni Kabil və İslamabad arasında “etimadın yaradılmasında böyük addım” adlandırıb.

Qani  bu bəyanatı iyunun 15-də “Twitter”-də verib.

O yazır ki, Pakistanın baş naziri Nasirul Mulklə və Pakistan ordusunun baş komandanı general Qamar Javed Bajva ilə danışıb və onlar Molla Fəzlullahın ölümü faktını təsdiq ediblər: “Onun ölümü Əfqanıstan təhlükəsizlik agentliklərinin yorulmaz kəşfiyyat fəaliyyətininin nəticəsidir”.