Türkiyə ordusu bu gün İraqın şimalında yerləşən Qəndil bölgəsnə növbəti dəfə hava zərbələri endirib.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyat zamanı bölgədə PKK-ya məxsus olan daha 12 strateji əhəmiyyətli hədəf məhv edilib: “Hava zərbələr nəticəsində PKK-nın sığınacaq və müdafiə səngərləri yerlə-bir edilib”.
Qeyd edək ki, dünən də Türkiyə hava qüvvələri Qandil istiqamətində əməliyyat keçirib və nəticədə 26 terrorçu zərərsizləşdirilib.