XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2018 - 19:00

DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı –Messi penaltini vura bilmədi

Futbol üzrə 2018-ci il dünya çempionatının D qrupunda bu gün Argentina ilə İslandiya yığmaları qarşılaşıb.

Strateq.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunda hesabı Argentina milliləri açıb. Aquero 19-cu dəqiqədə qola imza atıb.

Bu qoldan 4 dəqiqə sonra isə Finnbogason hesaba tarazlıq gətirib – 1:1.

62-ci dəqiqədə Messi penaltini vura bilməyib…

Hakimin oyuna əlavə etdiyi 5 dəqiqə ərzində də yığmalardan heç biri fərqlənə bilməyib.

Beləliklə, oyun 1-1 hesabı ilə başa çatıb.

Onu da qeyd edək ki, bu gün saat 20:00-da C qrupu üzrə Peru – Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya – Nigeriya arasında oyunlar keçiriləcək.