XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2018 - 19:30

Quba-Xınalıq yolunda güclü sel maşını dərəyə aşırdı –FOTO

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb. 

Məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel “Mersedes ” markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub/APA