Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb: “Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır”.
Qeyd edək ki, Osakada baş vermiş 6,1 ballıq zəlzələ nəticəsində 3 nəfər ölüb, 200 nəfər yaralanıb.