XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

18 İyun 2018 - 16:22

Türk ordusunun ilk bölmələri Menbiçə daxil oldu –ABŞ əsgərləri ilə birlikdə reyd başladı + FOTOLAR

Türkiyə ilə ABŞ arasındakı ikili razılaşmaya əsasən, bu gün türk ordusunun bölmələri Suriyanın Menbiç bölgəsinə daxil olub.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, türk birlikləri artıq Menbiçin kənar məhəllələrinə girib: “Türk birlikləri bu gündən başlayaraq, Menbiçin mərkəzindən kənar küçələrdə ABŞ əsgərləri ilə birlikdə təhlükəsizliklə bağlı reydlər keçiriblər”.

Məlumata görə, yaxın günlərdə Türkiyənin əlavə qüvvələri də Menbiçə gələcək: “Bundan sonra ABŞ-la razılaşmanın şərtlərinə əsasən, bölgədə təhlükəsizliklə bağlı ərazi bölgüsü aparılacaq”.