XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 İyun 2018 - 17:23

CHP-nin prezidentliyə namizədi Ərdoğanla Tansu Çilləri topa tutdu:"Uğurlu biri olsaydı..."

CHP-nin prezidentliyə namizədi Müharrem İncə Kahramanmaraşda keçirdiyi mitinqdə Prezident Ərdoğana və sabiq baş nazir Tansı Çillərə sərt mesajlar verib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, İncə Ərdoğanı nəzərdə tutaraq “İncə ilə dava etdi, İncə yüksəlir. Dava yox, dərhal barışacağıq. Bu xalqa axşam-sabah efirlərdə dava edən deyil, yol göstərən prezident lazımdır”, – deyib.

Prezidentliyə namizəd əlavə edib ki, Türkiyə dövlətinin idarəetməsinə yeni qan, yeni ad lazımdır: “Biz dünyada baş verən texnoloji dəyişikliyi yaxalaya bilməsək, 100 il kasıb qalacağıq. Mən meydanlarda haqq, hüquq, ədalət deyirəm, biri də çıxmış çay, kökə deyir”.

O, bundan  Ərdoğana çağırış edərək deyib ki, “Gəl, mənimlə telekanalda debata çıx…”.

Müharrem İncə ötən gün Ərdoğanın keçirdiyi mitinqə dəstək üçün gələn sabiq baş nazir Tansı Çillərə də sərt ismarıc göndərib: “Dünən bir də baxdım, Tansu Çillər mitinqə gedib. Ərdoğan bir yandan 90-cı illəri pisləyir, digər yandan 90-ların adamlarını mitinqinə dəvət edib, dəstək istəyir. Onun xisləti budur. Zatən Tansu Çillər uğurlu biri olsaydı, öz partiyasını (DYP – Doğru Yol Partiyası) qaldırardı da…”.