XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 İyun 2018 - 09:50

Türkiyədə mina partladılıb:bir hərbçi şəhid olub, ikisi yaralanıb

Türkiyənin Siirt əyalətinin Eruh rayonunda terrorçu PKK silahlılarının yola döşədikləri minaların partladılması nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.

Yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, şəhid və yaralı hərbçilər ixtisaslı çavuş olublar.

Türkiyə Silahlı Qüvvələrinin 17-18 iyun tarixlərində İraqın şimalında Avaşin-Basyan bölgələrində, Türkiyənin Diyarbakır əyalətinin Hani, Şırnak əyalətinin Silopi rayonlarında keçirdiyi antiterror əməliyyatları nəticəsində 26 terrorçu zərərsizləşdirilib, onların silah-sursat, ərzaq anbarları bombardman edilib/Report.