XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

19 İyun 2018 - 18:07

DÇ-2018: hakim 3-cü dəqiqədə kolumbiyalı müdafiəçini qovdu –Yaponiya yığması ilk qələbəsini qazandı

Bu gün futbol üzrə Dünya Çempionatının növbəti turunun oyunlarına start verilib.

Strateq.az bildirir ki, H qrupunda Kolumbiya yığması Yaponiyanı qəbul edib.

Oyunun 3-cü dəqiqəsində Kolumbiya yığmasının müdafiəçisi Sançez kobud oyuna görə meydandan qovulub. Hakimin təyin etdiyi penaltini isə Yaponiya yığmasının hücumçusu Kaqava dəqiq yerinə yetirib – 0:1.

Oyunun 39-cu dəqiqəsində Qintero cərimə zərbəsi ilə hesabı bərabərləşdirib – 1:1.

Lakin Yaponiya Osakonun 73-cü dəqiqədə vurduğu qolla yenidən önə çıxıb –  1-2.

Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 5 dəqiqə ərzində də oyunda hesab dəyişməyib.

Beləliklə, oyun 2-1 Yaponiya millisinin xeyrinə bitib.

Qrupun digər oyununda Polşa Seneqal yığması ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Saat 22:00-da isə Rusiya Misir yığmasını qəbul edəcək.