Bu gün DÇ-2018-in H qrupunun ikinci oyunu start götürüb.
Strateq.az bildirir ki, Polşa və Seneqal milliləri üz-üzə gəliblər.
Moskvadakı “Spartak” stadionunda baş tutan oyunda Quye oyunun 38-ci dəqiqəsində Seneqalı irəli çıxarıb – 1:0
60-cı dəqiqədə Niamb komandasının 2-ci qolunu vurub – 2:0
Polşa isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, Krikovyak 86-cı dəqiqədə komandanısının ilk qolunu vurub – 2:1.
Beləliklə, Sneqal ilk oyununda qələbə qazanıb.