Bu gün Dünya Çempionatının A qrupunda 2-ci tura start verilib.
Strateq.az xəbər verir ki, Rusiya milliləri Misir yığması ilə qarşılaşıb.
Oyunun 47-ci dəqiqəsində avtoqol nəticəsində Rusiya hesabı açıb. Belə ki, rus futbolçunun vurduğu top Əhməd Fəthiyə toxunaraq qapıya daxil olub – 1:0
59-cu dəqiqədə isə Çerişev Rusiyanın 2-ci qolunu vurub- 2:0.
Bu qoldan 3 dəqiqə sonra Zuba Rusiya millisina 3-cu topunu Misirin qapısından keçirib – 3:0.
Misir yığması isə bu qollardan yalnız birinin əvəzini çıxıb. Belə ki, 72-ci dəqiqədə Məhəmməd Salah penaltidən fərqi azaldıb – 3:1
Bu qələbə sayəsində xalını 6-ya çatdıran Rusiya növbəti tura vəsiqəni təmin edib.
Qeyd edək ki, ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlmişdi. Ulduz futbolçu Məhəmməd Salahın çıxış etdiyi Misir yığması isə Uruqvaya 0:1 hesabı ilə uduzmuşdu.