XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

20 İyun 2018 - 14:11

“DİM builki qəbul imtahanlarından 7 milyona yaxın vəsait qazanıb” –Ekspert

“Bu il DİM universitetlərin bakalavr pilləsinə keçirilən yaz-yay qəbul imtahanlarından və tam orta ixtisas təhsili üzrə imtahanlardan ümumilikdə 6 milyon 897 min 100 manat vəsait əldə edib”.

Bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.

O bildirib ki, imtahanda ilk dəfə iştirak edənlərin bir ixtisas qrupu üzrə xidmət haqqı dövlət büdcəsindən ödənilsə də, bu vəsait bütün hallarda DİM-in hesabına daxil olur:

“I-IV ixtisas qrupu üzrə yaz imtahan sessiyası üzrə 2 milyon 552 min 720 manat, yay imtahan sessiyasında 2 milyon 327 min 80 manat, V qrup üzrə 1 milyon 905 min 920 manat əldə olunub. Tam orta ixtisas təhsili üzrə imtahanlardan isə 111 min 380 manat əldə edilib”.

Axar.az