XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 07:45

Nazarbayev “soyqırım” tədbirində iştirak üçün İrəvana nümayəndə heyəti GÖNDƏRMƏYİB

avrasiya.jpg

Aprelin 24-də dörd ölkənin prezidenti qondarma “erməni soyqırımı” ilə bağlı tədbirlərdə iştirak etmək üçün İrəvana gələcək.

Strateq.az bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Viqen Sarqsyan deyib. Bu ölkələr Rusiya, Fransa, Kipr və Serbiyadır.

çexiya, Almaniya dövlət başçıları mərasimə gəlməyəcəklərini əvvəlcədən bildiriblər. Rəsmi Berlini nümayəndə heyəti təmsil edəcək.

Avrasiya İqtisadi Birlyinin münasibəti də maraq doğurub. Birliyin əsas rəhbəri Rusiya prezident Putin səviyyəsində təmsil olunsa da digər iki dövlət-Belarus və Qazaxstan rəhbərləri mərasimə gəlməkdən imtina ediblər.

Belarus prezidenti Aleksandr Lukaşenko “soyqırım”la bağlı tədbirlərə şəxsən qatılmayaraq İrəvana nümayəndə göndərməklə kifayətlənib. Qazaxstan prezidenti Nursultan Nazarbayev özü gəlməkdən imtina etməklə yanaşı, ümumiyyətlə Ermənistana heç bir nümayəndə heyəti göndərməyib.

X.SƏFƏRLİ