XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

20 İyun 2018 - 17:02

“Mən gördüklərimdən heyrətə gəldim” –Zakir Həsənov erməni generalın rüsvayçılığına münasibət bildirdi

Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanda müdafiə nazirinin keçmiş müavini, oliqarx və general-deputat Manvel Qriqoryanla bağlı rüsvayçı hadisəyə münasibət bildirib. (virtualaz.org)

Nazir bildirib ki, Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş Manvel Qriqoryanın Qarabağa əsgərlərə göndərilmək üçün məktəblilərin topladıqları ərzağı daşıyıb öz evinə yığmasını görəndə bundan təəcüblənməyib.

“Mən bu rüsvayçılığı izlədim. Qarabağda azərbaycanlı qadınlara, uşaqlara, qocalara qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış birindən başqa nə gözləyirdiniz? Hərbçi kimi mən gördüklərimdən heyrətə gəldim, əsgərlərə göndərilmək üçün məktəblilərin topladığı ərzaq bağalamaları, onların içərisindən tapılan və uşaqların yazdığı məktublar, bunlara necə izah vermək olar? O, insan deyil, mən ona insan deməzdim. Bu adamın Qarabağda hansı vəhşiliklər törətdiyi bizə yaxşı məlumdur, indi erməni xalqı ondan başqa nə gözləyirdi ki? Manvel və onun kimiləri qəhrəman deyil, onlar erməni xalqının bədbəxtliyinin baiskarlarıdır. Bu adamlar müharibəni də qarət naminə, varlanmaq naminə aparıblar”-Azərbaycan müdafiə naziri bildirib.