Bu gün Dünya çempionatında B qrupunun ikinci turun oyunu keçirilib.
Strateq.az bildirir ki, Portuqaliya yığması İspaniya ilə bərabərlikdən (3-3) sonra Mərakeşlə qarşılaşıb.
Oyunda yeganə qolu 4-cü dəqiqədə Kriştianu Ronaldu vurub – 1:0.
Bununla da Portuqaliya xalını 4-ə çatdırıb. Xalı olmayan Mərakeş (Bu ölkənin yığması ilk oyunda İrana 1-0 uduzub) isə növbəti mərhələ şanlarını itirib.
Qeyd edək ki, qrupun digər oyununda İspaniya və İran yığmaları üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.